Braziliya Prezidenti Jair Bolsonaro seçkilərdə uduzduqdan sonra ilk dəfə danışıb.
Teleqraf.com xəbər verir ki, Bolsonaro prezident sarayının qarşısında xalqa müraciət edib.
“Sədaqət andı içdim. Çoxları məni tənqid etsə də, konstitusiyadan kənara çıxmıram. İnanıram ki, qələbə belə gələcək”, - prezident deyib.
Bolsonaro konstitusiyaya əməl edəcəyini vurğulayıb:
“Silahlı qüvvələrimiz sosializmə ən son maneədir. İnanıram ki, silahlı qüvvələr birləşib. Xalqımıza, konstitusiyamıza sədaqət andı içdilər. Ordu bizim azadlığımıza cavabdehdir”.
Prezidentin bu sözləri “seçkilərdə qalib gəlmiş Lula Da Silvanın hakimiyyətə gəlməsini dayandırmaq” çağırışı kimi qəbul edilib.
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu Lula Da Silva 50.9 faiz səslə qalib gəlib. Bolsonaro 49.1 faiz səs toplayaraq, 12 illik hakimiyyətini bu nəticə ilə başa vurub.
Bolsonaro postunu yanvarın 1-də yeni dövlət başçısına təhvil verəcək.