Rusiya lideri Vladimir Putin Ukrayna ilə Qərb arasında münasibətlərin pisləşməsi üçün Ukraynanı danışıqlara cəlb etməyə, eləcə də qoşunlarına bərpa imkanı yaratmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib:
“Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edərkən hiyləgər gediş edir. Mümkün danışıqlardan Ukraynanı Qərbdən uzaqlaşdırmaq yolu kimi istifadə etmək istəyir. Belə bir görüntü yaratmağa çalışır ki, Kiyev güzəştə getmək, hətta danışıqlarda iştirak etmək istəmir”.
Amerikalı analitiklərin fikrincə, Putin öz ordusunu bərpa və əməliyyatları davam etdirmək üçün potensial danışıqlardan və atəşkəsdən yararlanmaqla Ukraynanı ələ keçirdiyi təşəbbüsdən məhrum etmək niyyətindədir.
Amma ekspertlər belə bir ssenarinin mümkün olmadığını düşünürlər.
Analitiklər bütün hərbi əməliyyatlar teatrında uzunmüddətli atəşkəslə bağlı danışıqların vaxt aparacağını vurğulayırlar. Hazırda Rusiya və Ukrayna danışıqların şərtləri baxımından bir-birindən çox uzaqdır.