10 Dekabr 2022 13:07
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri gecə saatlarında İranın “Şahid-136” və “Şahid-131” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

15 pilotsuz təyyarədən 10-u məhv edilib.

“Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı “Şahid-136” və “Şahid-131” kamikadze dronları ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Hərbi Hava Qüvvələrinin Cənub Hərbi Hava Komandanlığının bölmələri Xerson, Nikolayev və Odessa üzərində düşmənin on kamikadze pilotsuz təyyarəsini vurub”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu