ABŞ artıq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbə endirməməsində israrçı deyil, çünki Moskvanın eskalasiyasından daha az çəkinirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən yazıb.
“Kiyevə “Rusiyaya zərbə vurmayın” demirik, biz onlara nə edəcəyini deyə bilmərik. Silahlardan necə istifadə etmələri öz ixtiyarlarındadır. Yalnız onda israr edirik ki, Ukrayna ordusu verilən silahlardan istifadə edərkən, beynəlxalq müharibə qanunlarına və Cenevrə Konvensiyalarına əməl etsin”, - Pentaqon nümayəndəsi nəşrə deyib.
Bunun yeganə məhdudiyyət olduğu iddia edilir.
“Bu o deməkdir ki, rus ailələri hədəfə çevrilməməli və konkret şəxsləri məhv etmək cəhdləri də olmamalıdır. Bildiyimizə görə, Ukrayna bu şərtlərə əməl edir”, - ABŞ rəsmisi bildirib.