10 Dekabr 2022 16:57
3 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmalarına qəsdən əməl etməmələri ilə bağlı açıqlamasında sonra Almaniya və Fransa Donbas sakinlərinə təzminat ödəməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Merkelin etirafından sonra Fransa və Almaniya Ukraynadakı vəziyyətə görə maddi-mənəvi məsuliyyət daşıyırlar. Donbas əhalisinə səkkiz illik soyqırımı və dəymiş ziyana görə təzminat ödəməli olacaqlar. Ama bu, yalnız başlanğıcdır”, - spiker vurğulayıb.

Volodin Minsk anlaşmasına etimadın itməsinə görə Ukrayna və Fransanın keçmiş prezidentləri Petro Poroşenko və Fransua Ollandı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər