Tanınmamış Abxaziya Respublikasının baş naziri Aleksandr Ankvab Rusiyaya qarşı ikinci cəbhənin Gürcüstanda açıla biləcəyini iddia edir.
Teleqraf.com xəbər verir ki, Ankvab xüsusilə Polşanın bu işdə fəallıq göstərdiyini deyib.
Onun sözlərinə görə, Polşa da daxil olmaqla Qərb emissarlarının Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd etməsi xəbərləri fonunda Abxaziya Tiflisə qarşı sayıqlığını itirmir:
“İstənilən vəziyyətdə, xüsusən də bu gün sayıqlığımızı heç vaxt itirmirik. Müxtəlif Avropa ölkələrindən, xüsusən də Polşadan ikinci cəbhə (Gürcüstanda - red.) açmaq ideyasından ilhamlanan emissarların gəldiyinə dair xəbər yayılanda”.
Separatçı regionda vəziyyətin həmişə gərgin olduğunu deyərək Gürcüstan hakimiyyətini hədələyib: “Gürcüstanda eskalasiyaya imkan verməyəcək çoxlu ağıllı insanların olduğuna əminəm”.