NATO-nun missiyası Rusiyanı təhdid etmək yox, üzv dövlətləri qorumaqdır.
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
Onun sözlərinə görə, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.
“NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir. NATO-ya daxil olan ölkələr Ukraynaya könüllü dəstək verirlər və bunda heç bir məcburiyyət yoxdur", deyə nazir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.