Ukrayna antiterror əməliyyatı (ATO) qərargahından verilən xəbərə görə, ötən gün ölkənin şərqində ukraynalı hərbiçilərin mövqeyi separatçılar tərəfindən 14 dəfə atəşə tutulub.
Publika.az xəbər verir ki, ATO mətbuat mərkəzinin Facebook səhifəsində separatçıların yüngül silahlardan atəş açdığı qeyd olunub. Bununla belə separatçıların eləcə də minaatan, "Grad" və tank əleyhinə sistemlərdən də istifadə etdikləri bildirilib.
Atəşə məruz qalan ərazilər sırasında Frunze, Krımsk, Luhansk, Verhnetoretskoe, Avdiyivka, Nikişin, Debaltsevo məntəqələrinin adı çəkilib.
Öz növbəsində, separatçılar ötən gün ərzində mövqelərinin təhlükəsizlik qüvvələri tərəfindən atəşə məruz qaldığını bildirib.