12 Dekabr 2022 11:01
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalıların 70 faizi Co Baydenin 2024-cü il prezident seçkilərində ikinci dəfə namizəd olmasına qarşıdır.

Telaqraf.com xəbər verir ki, sorğunu “CNCBC” televiziyası və “All-America Economic Research” keçirib.

Sorğunun nəticələrinə görə, Baydenin prezident kimi öz vəzifəsini yerinə yetirdiyini düşünənlərin nisbəti oktyabrda 46 faiz, noyabrda isə 41 faizə enib. Eyni dövrdə prezidentin siyasətini bəyənmədiklərini deyənlərin nisbəti 50 faizdən 54 faizə yüksəlib.

Respondentlərin yalnız 14 faizi iqtisadiyyatın çox yaxşı olduğunu düşünür, Baydenin iqtisadi siyasətini bəyənənlərin nisbəti isə 38 faizdə qalıb.

Respondentlərin böyük əksəriyyəti Baydenin yaşını və sağlamlıq vəziyyətini əsas gətirərək onun namizədliyini istəməyib.

Sorğu iştirakçılarının 61 faizi 2024-cü il üçün namizədliyini açıqlayan keçmiş prezident Donald Trampı də istəmədiyini göstərib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər