Luqansk və Donetsk istiqamətindəki 11 yaşayış məntəqəsində rus hücumunun qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Məlumata görə, düşmən Donetsk vilayətinin Konstantinovka şəhərinin mülki infrastrukturuna 2 raket zərbəsi endirib, təmas xətti boyunca Ukrayna hərbçilərinin mövqelərinə 11 hava zərbəsi endirib, həmçinin 60-dan çox hücum təşkil edib. Xerson şəhərinin mülki infrastrukturuna və Ukrayna qoşunlarının mövqelərinə çoxsaylı raket sistemləri buraxılıb.
Qeyd edilir ki, Donetsk və Luqansk vilayətlərində döyüşlər gedir. Baş Qərargah Baxmut və Avdiivka istiqamətlərini (Donetsk vilayəti) Donbassda ən qaynar nöqtələr hesab edir. Burada ruslar hücuma keçməyə çalışır.
Kupyansk və Limansk istiqamətlərində düşmən on altı yaşayış məntəqəsinin ərazilərini, həmçinin Baxmut və Avdiivka istiqamətlərində düşmən iyirmi dörd yaşayış məntəqəsinin ərazilərində tank, minaatan, top və raket artilleriyasından Ukrayna Müdafiə Qüvvələrinin mövqelərini atəşə tutub.
Baş Qərargah eyni zamanda bütün Ukrayna ərazisində enerji sisteminin obyektlərinə və kritik infrastruktur obyektlərinə raketlərdən və PUA-lardan istifadə etməklə zərbələr endirmək təhlükəsi haqda xəbərdarlıq edib.