“Türkiyə-Suriya münasibətlərinin normallaşmasını dəstəkləyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin (Sergey Lavrov) müavini Sergey Verşinin deyib.
“Türkiyədə belə bir anlayış var ki, Suriya da daxil olmaqla, regionun bütün qonşu ölkələri ilə münasibətləri normallaşdırmaq və saxlamaq lazımdır. Əldə edilən məlumata görə, Ankara ilə Dəməşq arasında əlaqə var. Biz bu münasibətlərin normallaşmasının tərəfdarıyıq. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə danışıqların təşkilinə gəlincə, bu, iki suveren dövlətin, yəni Türkiyə və Suriyanın qərarıdır”, - Rusiya rəsmisi bildirib.
Verşinin Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən görüşlərə toxunaraq söyləyib:
“İstanbul bu cür təmaslar üçün əlverişli platformadır. İstənilən əlaqə faydalıdır. Təəssüf ki, Amerika tərəfdən konkret nəticələrə yönəlmiş konstruktiv yanaşma görmürük”.