13 Dekabr 2022 00:13
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalında mümkün quru əməliyyatı gündəmdə qalarkən, Rusiyadan diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ölkəsinin Türkiyənin mümkün quru əməliyyatının qarşısını almağa çalışdığını açıqlayıb.

“Moskva Ankaranı Suriyada quru əməliyyatlarına başlamamağa razı salmağa çalışır.

Təmaslar quru əməliyyatı başlayana qədər davam edir, əlaqələrin davam etdirilməsi həm də uğur deməkdir. Danışıqları davam etdirəcəyik”, - Boqdanov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər