12 Dekabr 2022 21:09
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Moskvadakı səfirliyinin əməkdaşları Krımdan içərisində ölü siçan və hörümçək olan bağlama alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Polis hadisə ilə bağlı araşdırma aparır. Agentliyin həmsöhbətinin sözlərinə görə, hadisə ötən həftə baş verib, lakin onlar bu barədə yalnız indi məlumat veriblər.

Səfirliyə qeyri-adi bağlama gəlib. İçəridə ölü siçan və ölü hörümçək var idi. Mənbə bildirib ki , göndərən şəxs Krımdan olan "Notariani" adlı şəxs kimi göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər