Xerson vilayətinin Rusiya tərəfindən təyin olunan vitse-qubernatoru Vitali Bulyukun avtomobili partladılıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində o, xəsarət alıb.
“O yaralanıb, vəziyyəti stabil, orta ağırdır. O, rayonun tibb müəssisələrindən birindədir”, - yerli səhiyyə idarəsindən bildirilib.
Məlumata görə, mina partlaması nəticəsində məmurun maşını yanıb. Onun sürücüsü yerindəcə həlak olub.
Qeyd edək ki, Xerson vilayətinin administrasiyasında Bulyuk iqtisadiyyat, maliyyə və büdcə siyasəti, kənd təsərrüfatı, gəlirlər və ödənişlər məsələsinə nəzarət edir.