“Rusiya müharibə bitdikdən sonra da Avropa qitəsinin ən böyük ölkəsi olmağa davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
Kansler bu səbəbdən bu dövrə hazırlaşmağın xüsusi önəm daşıdığını bildirib:
“Bir şey məlumdur ki, indi bizim münasibətlərimiz geriyə doğru gedib. Bununla belə, müharibəni bitirmiş Rusiya və özləri üçün fərqli gələcək arzulayan Rusiya vətəndaşlarının nə vaxtsa yenidən iqtisadi əməkdaşlığa başlaya bilmə şansına ehtiyacı var”.
Amma Şolz bunun indi baş verməyəcəyini, əksinə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirdiklərini söyləyib: “Rusiya Prezidenti Vladimir Putin öz müharibəsi ilə Ukraynanın infrastrukturunu, şəhər və kəndləri ilə yanaşı, çoxlu sayda insanın həyatını məhv edir. Putin Rusiyanın gələcəyini də məhv edir”.
Putinin məqsədinin yeni imperiya qurmaq olduğunu iddia edən Şolz bunun üçün Ukraynanın körpülərinin, infrastrukturunun, enerji və su ehtiyatlarının məhv edildiyini vurğulayıb.
Kansler kişilərin, qadınların, qocaların və uşaqların raketlərlə vurulduğunu qeyd edib: “Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Ona görə də Rusiya bu müharibədə qalib gəlməməlidir və Rusiya bu müharibədə qalib gəlməyəcək”.