13 Dekabr 2022 09:32
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın ilk türk əsilli bələdiyyə sədri Huri Şahin Reysveyk bələdiyyəsində keçirilən mərasimdə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, Şahin mərasimdəki çıxışında bu yaxınlarda vəfat edən atasının 1960-cı illərdə Hollandiyaya fəhlə kimi gəldiyini bildirib.

“Atam heç vaxt məktəbə getməmişdi, amma çox səbirli və qətiyyətli olduğu üçün yazmağı öyrənməyi və özünü təkmilləşdirməyi bacarmışdı. Həyatında cəsarətli addımlar atdı. Bu, məni ruhlandırırdı”, - Şahin bildirib.

Onun sözlərinə görə, heç kəs diqqətdən kənarda qalmamalıdır:

“Öz təcrübəmdən bilirəm ki, bəzən bələdiyyədən gələn məktub kiminsə həyatında böyük dəyişiklik yarada bilər. Mən Reysveyk şəhərində yaşayan bütün insanları dinləyən, qayğıkeş bir bələdiyyə başçısı olmaq istəyirəm”.

Huri Şahin Reysveyk və ölkənin ilk türk bələdiyyə sədri olmaqdan xoşbəxt və qürurlu olduğunu söyləyib.

Huri Şahin karyerasında bələdiyyə məclisinin üzvü, bələdiyyə komitəsinin üzvü, Uşaq Hüquqları Dərnəyinin prezidenti, Hollandiya Dövlət Şurasının katibinin müavini kimi müxtəlif vəzifələrdə çalışıb.

Hollandiyada bələdiyyə sədri iş müraciəti əsasında müəyyən prosedurlara riayət etməklə kral tərəfindən seçilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər