13 Dekabr 2022 12:48
2 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər fürsətdə Türkiyəyə qarşı təxribatçı cəhdlər edən və beynəlxalq müqavilələrə görə tərksilah edilməsi lazım olan adaları ABŞ-ın dəstəyi ilə hərbiləşdirən Yunanıstan-Cənubi Kipr ikilisinin yeni hədəfi Türkiyənin 5-ci Nəsil döyüş təyyarəsi layihəsi TF-X-dir.

Teleqraf.com xəbər verir ki, müdafiə sənayesində mühüm addımlar atan və “Tayfun” ballistik raketi ilə Yunanıstan mətbuatının gündəmindən düşməyən Türkiyənin yerli istehsal döyüş təyyarəsinə sahib olması Afinada çaxnaşmanı gücləndirir.

“Kathimerini” qəzetinin yazdığına görə, Türkiyə və İngiltərə arasında inkişaf edən əlaqələr və ingilislərin müdafiə sənayesi şirkətlərinin TF-X layihəsində yer almaları Yunanıstan və Cənubi Kiprdə narahatlığa səbəb olub.

Yunan nəşri Breksitdən sonra Avropa Birliyi ilə əlaqələrini kəsən İngiltərənin Şərqi Aralıq dənizində alternativ siyasət yürütdüyünü və bunun bölgədə Türkiyə əleyhinə təşəbbüslər edən Afinanı təşvişə saldığını bildirib.

Məqalədə “BAE Systems” və “Rolls Royce” kimi TF-X layihəsində iştirak etmə ehtimalı olan ingilis şirkətləri də hədəfə alınıb.

Qəzet İngiltərənin Türkiyə ilə pilotsuz uçan aparatlar (PUA) sahəsində əməkdaşlıq etməyi hədəflədiyini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər