13 Dekabr 2022 17:07
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiya ittihamı ilə saxlanılan yunan parlamentari Eva Kayli Avropa Parlamentinin (AP) vitse-spikeri vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, Fransanın Strasburq şəhərində toplanan AP Baş Assambleyasında keçirilən səsvermədə Kaylinin vitse-spiker vəzifəsindən uzaqlaşdırılmasına qərar verilib.

AP-nin 14 vitse-spikerindən biri olan Eva Kayli ilə bağlı qərar dərhal qüvvəyə minib. Yunan deputat bundan sonra AP-də vəzifə tutmayacaq.

Kaylinin AP-dəki Sosialistlər və Demokratların Alyansı (S&D) fraksiyasına üzvlüyünə də xitam verilib. Bununla onun AP-la əlaqələri tamamilə sonlandırılıb.

Məsələ ilə bağlı açıqlama verən AP sədri Roberta Metsola davam edən korrupsiya və rüşvət istintaqında Belçika polisi və məhkəmə orqanları ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər