13 Dekabr 2022 20:52
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb qarşısına məqsəd qoyub ki, gələn il Vladimir Putini Səddam Hüseyn kimi ələ keçirsin”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“G7 liderlərindən “mühüm bəyanat” gəlib. Rusiya prezidentini və dövlətinin digər yüksək səviyyəli rəhbərlərini qınamaq istədiklərini rəsmən bəyan ediblər.

Beynəlxalq hüquqdan danışdılar, amma heç kimin illüziyası yox idi. Söhbət Rusiya prezidentinin, müdafiə nazirinin, xüsusi xidmət orqanları rəhbərlərinin saxlanılmasından, əsir götürülməsi və qətlə yetirilməsindən gedir. Səddam Hüseyn kimi. Bu o deməkdir ki, Qərb qarşısına yeni - 2023-cü ilin vəzifəsini qoyur: Rusiyanın tam hərbi məğlubiyyəti və Rusiya dövlətçiliyinin özünə tabe edilməsi”, - ekspert bildirib.

Sergey Markov G7 ölkələrinin bu bəyanatını “qeyri-ciddi” hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər