13 Dekabr 2022 21:39
4 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Prezident Vladimir Putinin təklifindən sonra Türkiyədə qaz mərkəzinin yaradılması təşəbbüsü ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bu layihənin həyata keçirilməsinin faydalarından danışıb.

“Təbii qaz mərkəzi açıq fikirdir. Ümid edirik ki, həyata keçiriləcək. Bir sözlə, bu, hamının, o cümlədən həm qaz hasil edən ölkələrin, həm də istehlakçıların marağında olacaq. Əlbəttə, təbii qazla həqiqətən maraqlananlar rasional münasibət sərgiləsələr”, - Qruşko vurğulayıb.

Rusiya rəsmisi ABŞ və Qərb ölkələrinin yaşıl enerjiyə keçidi ilə bağlı açıqlamalarını “fantaziya” adlandırıb:

“Bütün rasional düşüncəli iqtisadçılar bilirlər ki, qaz ən saf karbon yanacağı kimi müvəqqəti də olsa, illər boyu əsas enerji mənbəyi olaraq qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər