14 Dekabr 2022 10:38
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 23 000 məhbusu “Vaqner"ə cəlb edib və onlardan hücum zamanı “yem” kimi istifadə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Müqavimət Mərkəzi açıqlayıb.

Mərkəz izah edib ki, məhbusların ölümü Rusiya cəmiyyətində rezonans doğurmur:

"Bundan əlavə, itkilər muzdlu vaqnerçiləri ruhdan salmır, çünki ixtisaslı kadrlar və rəhbərlik hücumda iştirak etmir. Əslində, düşmən ucuz döyüşçülərin həyatını ukraynalıların həyatı ilə dəyişir. Onlar məhbuslardan hücum dəstələri yaradır, hücum zamanı hava kəşfiyyatından istifadə edir, bunun sayəsində bölmələrin yerini müəyyənləşdirir".

Qeyd olunur ki, “Vaqner”in Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yerləşdirilməsinə dair məlumatlar var və bu, Rusiyanın komanda məntəqələrinə zərbə endirməyə imkan verir.


Müəllif: Nemət

Oxşar xəbərlər