14 Dekabr 2022 12:54
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Türkiyənin əməliyyatını dayandırmasının yeganə yolu 2019-cu ildə Ankaraya verdiyi “terror təşkilatını sərhəddən çıxarmaq” sözünə əməl etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“2019-cu ildə “Sülh Çeşməsi” əməliyyatını dayandırmaq üçün imzalanmış sazişi genişləndirmək və canlandırmaq lazımdır. Problemi həll etməyin bir yolu da SDQ-nin Suriyadan Türkiyəyə hücum etməyəcəyinə söz verməsidir”, - amerikalı diplomat bildirib.

Cefri iddia edib ki, Türkiyə bu günə qədər terror təşkilatı ilə SDQ arasındakı əlaqələri sənədləşdirsə də, YPG-nin SDQ üzərində nəzarəti yoxdur:

“SDQ-yə komandanlıq edənlər onu “YPG-nin Suriyadakı şərq qanadı” adlandırırlar. Söhbət etdiyimiz insanlar bunlardır. Başqa heç kimlə əlaqəmiz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər