14 Dekabr 2022 23:34
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Qətərdə misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşməsindən sonra gərginliyin aradan qaldırılması istiqamətində Qahirədən fərqli addım gözlənilirdi.

Teleqraf.com xəbər verir ki, bunun əksinə olaraq, Sisinin Türkiyənin 2019-cu ildə Liviya ilə imzaladığı Şərqi Aralıqda dəniz yurisdiksiyası ərazilərində Misirin iddia irəli sürdüyü fərmanı rəsmən qüvvəyə minib.

Bölgədə intensiv qazma-kəşfiyyat fəaliyyətlərindən sonra Ərdoğan və Liviya hökumətinin başçısı Fayiz əs-Sərrac arasında Dəniz Yurisdiksiyasının Məhdudlaşdırılmasına dair Memorandum imzalanıb. BMT tərəfindən də qeydə alınan razılaşma Türkiyə və Liviya arasında qitə şelfinin bərabər məsafə əsasında müəyyən edilməsini nəzərdə tutur. Anlaşma Türkiyənin Şərqi Aralıq dənizində yeni kontinental şelf və Azad İqtisadi Zona sərhədlərini çəkməsinə hüquqi təminat verir.

Yunanıstan və Misir arasında imzalanan oxşar razılaşma isə Türkiyənin burada yer almaması səbəbindən Ankarada etirazla qarşılanıb. Sözügedən sənəd 2020-ci ildə Misir xarici işlər naziri Samih Şükrü və yunan həmkarı Nikos Dendias tərəfindən Qahirədə imzalanıb.

Türkiyəyə görə, Yunanıstanın beynəlxalq hüquqa uyğun gəlməyən iddialarının arxasında Avropa Birliyi (AB) və Fransa dayanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər