İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna verilən cəza açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu “vəzifələrinə görə idarə heyətində çalışan Yüksək Seçki Qurumunun üzvlərini açıq-aşkar təhqir etmək” ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzası alıb.
Cəza İmamoğlunun 30 oktyabr 2019-cu il tarixində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində çıxışına görə qəbul edilib.
Anadolu 7-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Əkrəm İmamoğlu özü iştirak etməyib. İclasda partiyaların vəkilləri və çoxlu sayda deputat iştirak edib. Şahid qismində Murat Ongun və Necati Özkan dindirilib.
Dövlət ittihamçısı əvvəlki iclasda verdiyi rəydə onun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi və siyasi qadağa tələbini təkrar edib. Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin rəyi müdafiə etmək üçün ağlabatan vaxt tələb etdiyini nəzərə alaraq, iclası təxirə salıb. Saat 16.00-a təxirə salınan iclas müttəhim Əkrəm İmamoğlunun rəyi ilə bağlı vəkillərinin müdafiəsi ilə başlayıb.
Müdafiəçilər Əkrəm İmamoğlunun sözlərinin YSK-ya qarşı deyil, Süleyman Soyluya yönəldiyini bildirərək bəraət istəyiblər.
Məhkəmə qərarını açıqlayaraq təqsirləndirilən Əkrəm İmamoğlunu 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
"Müəyyən hüquqların həyata keçirilməsindən məhrum etmə”ni özündə əks etdirən 53-cü maddə də tətbiq edilib.