Ağ Evin sözçüsü Con Kirbi Rusiya və İranın ballistik raketlərin tədarükü ilə bağlı razılığa gəldiyini bildirib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə brifinqdə deyib.
“Məndə İrandan Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı razılaşmanın sübutu var",- deyə Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiya-İran hərbi əməkdaşlığının genişlənməsindən narahatdır.