“Rusiya prezidenti Vladimir Putinin planlarından heç biri baş tutmadı”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
Kansler Rusiya liderlərinin hesabının səhv olduğunu bildirib:
“Putin inanırdı ki, qoşunları bir neçə günə Ukraynanı ələ keçirəcək, biz Avropada və demokratik Qərbdə Ukraynaya effektli kömək edə bilməyəcək qədər parçalanmışıq və qazı kəsməklə Avropanın həmrəyliyini poza bilər. Amma Putinin planlarının heç biri baş tutmadı”.
Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimət göstərdiyini söyləyən Şolz ehtiyac duyduqca Kiyevi dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
Almaniya kansleri Rusiyaya qarşı sanksiyaların davam edəcəyini deyib: “Putin amansız müharibəni davam etdirdikcə Rusiyaya qarşı sanksiyalar davam edəcək və daha sərt olacaq”.