15 Dekabr 2022 13:32
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya və İraqda xüsusi əməliyyat keçirərək terrorçu Songül Tarıncı və Osman Mutlunun məhv edib.

Teleqraf.com xəbər verir ki, İraqın Duhok-Qara bölgəsində həyata keçirilən əməliyyatla terror təşkilatının təbliğatı üçün materialların hazırlanması və yayılmasına məsul olan “Roza” kod adlı Songül Tarıncı zərərsizləşdirib.

O, 2010-cu ildə təşkilatın şəhər fəaliyyətləri çərçivəsində müxtəlif vəzifələrdə olub.

2013-cü ildə Diyarbəkirdə PKK-ya qoşulan Tarıncı silahlı təlimini başa vurduqdan sonra Suriyaya təyinat alıb. Suriyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlara qarşı hərəkətlərdə iştirak edən Tarıncı zərərsizləşdiriləcək kritik hədəflər siyahısına daxil edilib.

Songül Tarıncı 2018-ci ildə təşkilatın təbliğatına rəhbərlik edib. Songül Tarıncı iki cangüdəni ilə birlikdə zərərsizləşdirilib.

PKK/YPG üzvü “Dilixvaz Ağir” kod adlı Osman Mutlu Suriyada əməliyyat zamanı məhv edilib. Osman Mutlu Mardin sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı minaatan hücumları təşkil etdiyi, bomba və silah transferi fəaliyyətlərini idarə etdiyi üçün MİT tərəfindən hədəf siyahısına daxil edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər