15 Dekabr 2022 16:43
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Öz xalqına atəş açan İran hökumətinin etdikləri qəbuledilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

“İran hökumətinin etdikləri qəbuledilməzdir. Kim öz xalqına atəş açar? İran hökuməti bunu edir”, - kansler bildirib.

Sentyabrın 13-də 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra İranda rejim əleyhinə kütləvi etiraz aksiyaları başlayıb. İndiyədək davam edən etirazlarda 458 nəfər dinc insan rejim tərfindən öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər