15 Dekabr 2022 16:58
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada Avropa Parlamentində (AP) korrupsiya və rüşvətlə bağlı aparılan istintaqında saxlanılan AP əməkdaşı Françesko Giorgi parlamentin qərarlarına təsirini təmin etmək üçün başqa ölkələrdən rüşvət alan bir təşkilatın üzvü olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, istintaq çərçivəsində saxlanılan AP-in keçmiş vitse-spikeri Eva Kaylinin sevgilisi Giorginin polisə və istintaqı aparan hakimə verdiyi ifadələrlə bağlı məlumat yayıb.

İtalyan Françesko Giorgi Mərakeş və Qətərdən pul və qiymətli hədiyyələr alan bir təşkilatın üzvü olduğunu, bunun müqabilində Avropa Parlamentində qərarlara təsir göstərməyə çalışdığını deyib.

Təşkilatın rəhbərinin AP-nin keçmiş italiyan deputatı Pyer Antonio Panzeri olduğunu iddia edən Giorgi təşkilatdakı vəzifəsinin “pul axınını idarə etmək” olduğunu bildirib.

Giorgi həmçinin deyib ki, iki avropalı deputat - italiyalı sosialist Andrea Kozzolino və belçikalı Mark Tarabella Panzeridən pul alıb.

Polis ötən həftə AP sədri Roberta Metsolanın müşayiəti ilə Tarabellanın evində axtarış aparıb. Amma istintaqda saxlanılan 4 nəfər arasında Tarabella yoxdur.

Eyni istintaqda, saxlanılan Eva Kailinin ortağı olan Giorginin ifadəsində onun adını çəkib-çəkmədiyi qeyd edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər