Nigeriyanın Kano əyalətində şəriət məhkəməsi Məhəmməd peyğəmbəri təhqir edən din xadimi Şeyx Əbdülcabbar Nasiru Kabaranı edam cəzasına məhkum edib.
Teleqraf.com xəbər verir ki, məhkəmə sədri İbrahim Sarki-Yola 52 yaşlı Kabaranın İslam peğəmbərini təhqir etməsinin sübuta yetirildiyini, buna görə də ona edam cəzası verildiyini deyib.
Sarki-Yola bildirib ki, Kabaranın din xadimi işlədiyi iki məscid də nəzarətə götürülüb.
Məhkəmə Kabaraya qərardan şikayət etmək üçün 30 gün vaxt verib.
Özünü Qədiriyyə İslam Hərəkatının lideri və din xadimi kimi təqdim edən Kabara 2021-ci ildə Məhəmməd peğəmbəri təhqir etdiyinə görə saxlanılıb.