Massaçusets ştatında yaşayan türk iş adamı Arif Uğurun layihəsi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Amerika ordusu üçün keçirdiyi tenderin qalibi olub. Layihə ABŞ ordusunun istifadə etdiyi müəyyən hərbi avadanlıqların istehsalını nəzərdə tutub.
Teleqraf.com xəbər verir ki, Pentaqonla imzalanmış müqavilədə komponentlərin ABŞ-da istehsal olunması nəzərdə tutulub.
53 yaşlı iş adamı isə tələb olunan komponentləri Türkiyədə hazırlatdıraraq, Pentaqona göndərib. Arif Uğur anlaşmanı pozaraq, komponentlərin texniki xüsusiyyətlərini və çertyojlarını Türkiyədə istehsalçı şirkətlə bölüşüb.
Baş verənlərdən xəbərdar olan Pentaqon Arif Uğurun ordunun texniki məlumatlarını qanunsuz olaraq satdığını əsas gətirərək onu şikayət edib.
ABD Ədliyyə Nazirliyi Türkiyə vətəndaşının bu səbəbdən 33 ay həbs cəzasına məhkum edildiyini açıqlayıb.