15 Dekabr 2014 13:59
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş nazirlərinin yığıncağı öz işinə başlayıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan baş naziri Kərim Masimovun ev sahibliyi ilə Müstəqillik sarayında başlayan yığıncağa Rusiyanın baş naziri Dmitri Medvedev, Qırğızıstanın baş naziri Jomart Otarbayev, Tacikistanın baş naziri Kahir Rasulzade, Özbəkistan baş nazirinin müavini Rüstəm Əzimov, Çin baş naziri Li Keqiang və ŞƏT-in baş katibi Dimitri Mezentsev qatılıb.

Toplantıda Ukraynadakı qeyri-sabitlik başda olmaqla qlobal və regional problemlər müzakirə olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər