Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl “Sberbank”ın rəhbəri Herman Qref və Mərkəzi Bankın sədri Elvira Nabiullina Prezident Vladimir Putini saxlamağa və savaşın qarşısını almağa çalışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşr bildirir ki, işğaldan bir ay əvvəl Putinin etibarlı adamları ona Qərb sanksiyalarının Rusiya iqtisadiyyatına mümkün nəticələri barədə xəbərdarlıq ediblər.
Qref Putin üçün 39 səhifəlik təqdimat hazırlayıb və orada Ukraynaya müdaxilənin fəlakətli nəticələri barədə xəbərdarlıq edib.
Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina da müharibə vəziyyətində Rusiya iqtisadiyyatının risk altında olacağı fikrini Putinə deyib. Amma heç kim Putini Ukraynaya hücumun həm şəxsən onun, həm də bütün Rusiya üçün ölümcül səhv olduğuna inandıra bilməyib.
“Onlar görüş istəyəcək qədər cəsarətli idilər, amma mesajlarını çatdıra bilmədilər”, - qəzet vurğulayır.