“Rusiya Federasiyası çətin ki, gələn ilin fevralında Ukraynaya yeni hücuma başlamaq üçün lazımi sayda yaxşı təlim keçmiş hərbi personal cəmləşdirə bilsin”.
Teleqraf.com xəbər verir ki, bu fikri ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodkes Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının fevralda Rusiyanın hücumu ilə bağlı sözlərini şərh edərkən deyib.
“Rusiyanın qsa müddətdə bu qədər, lazımi keyfiyyətdən daha az qüvvə toplaya biləcəyinə şübhə edirəm”,- Hodkes tvitter hesabında yazıb.
O, həmçinin əlavə edib ki, Rusiyanın yeni hücum əməliyyatlarının potensialını şişirtmək Ukraynaya kömək etməmək üçün bəhanə axtaranların əlindədir.