17 Dekabr 2022 14:08
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı PKK/YPG ilə yenidən patrul əməliyyatlarına başlayan ABŞ Suriyada daha bir hərbi baza quracaq.

Teleqraf.com xəbər verir ki, ABŞ qüvvələri “Sülh çeşməsi” əməliyyatı zamanı geri çəkildikləri Rakkada ilk hərbi bazasını 3 ildən sonra quracaq və yeni baza şəhərin cənub girişindəki yeni Əl-Rəşid körpüsünün yaxınlığında yerləşəcək.

Yerli mənbələr noyabrın 19-da ABŞ qüvvələrinin Rakkada rejim qüvvələrinin tərk etdiyi hərbi kazarmalarda qərargah qurduğunu bildirib.

Suriya Rəsədxanasının (SOHR) mənbələrinə görə, ABŞ qüvvələri PKK/YPG qüvvələrinin yerləşdirildiyi 17-ci diviziya daxilində vertolyot meydançası və hərbi mərkəzin yaradılmasına nəzarət edib.

Bildirilib ki, o, hərbi kazarmaların içərisində bayraqlarını asdıqdan sonra naməlum səbəbdən endirib.

Digər tərəfdən, təşkilatın Kürd Gənclik Hərəkatının nümayəndəsi Adnan İsmail əl-Ramonu qaçırdığı öyrənilib.


Müəllif: Nemət

Oxşar xəbərlər