18 Dekabr 2022 00:14
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti elektrik enerjisinə qənaət etmək üçün ictimai kampaniyaya başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Ölkə sakinlərindən məişət istilik qazanlarında temperaturun aşağı salınması, pəncərə və qapılardan istilik sızmasının azaldılması üçün tədbir görülməsi xahiş olunur.

Eyni zamanda evlərdə pik saatlarında elektrik enerjisinə tələbatı məhdudlaşdırmağa çağırılır.

Mütəxəssislərin fikrincə, aşağı temperaturda qaz və elektrik enerjisinə tələbat kəskin artacaq, ona görə də Rusiya qazının Avropaya tədarükünün azalması fonunda Böyük Britaniya sakinləri üçün bu qış çətin keçə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər