Peru prezidenti Dina Boluarte istefa verməkdən imtina edib və ölkə parlamentini növbədənkənar seçkiləri təsdiqləməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Peru KİV-ləri məlumat yayıb.
Dina Boluartenin sözlərinə görə, onun istefası problemləri həll etməyəcək.
O qeyd edib ki, əlindən gələni edib, xüsusən də seçkilərin keçirilməsi üçün Konqresə qanun layihəsi göndərib:
"Mən tələb edirəm ki, seçki üçün səsverməsinin keçirilməsi imkanlarına yenidən baxılsın".
Xatırladaq ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiq etməyib.