Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb.
Teleqraf.com xəbər verir ki, raketin düşdüyü yer barədə dəqiq rəsmi məlumat yoxdur.
Yaponiya Sahil Mühafizəsi bildirib ki, ölkənin mühafizə gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırır.
Xatırladaq ki, bu raket buraxılışı bu il artıq 35-ci olub.
Yaponiya müdafiə nazirinin müavini Tosiro İnonun görə, Şimali Koreyanın hər iki raketi təxminən 500 km uçub, onların maksimal uçuş hündürlüyü 550 km olub:
“Şimali Koreyanın davamlı raket buraxılışları tamamilə qəbuledilməzdir. Diplomatik kanallar üzərindən Pekindəki səfirlik vasitəsilə Şimali Koreya tərəfinə etiraz bildirilib”.
İno vurğulayıb ki, Pxenyanın bazar günü atdığı hər iki raket Yaponiyanın Yapon dənizindəki müstəsna iqtisadi zonasından kənara düşüb.