18 Dekabr 2022 17:59
2 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqazda Rusiyanın zəifləməsinə, Türkiyənin gücünün artmasına diqqət çəkən Qərb mediası Ankaranın bölgədəki rolunun nəzərə alınmamasının yanlış olacağını bildirir. Moskvaya olan etimadının azalması və başqa ölkələrin dəstəyini axtaran Ermənistanın Türkiyəyə daha da yaxınlaşdığı qeyd edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Qərb mediası Rusiyanı Ermənistan-Azərbaycan danışıqlarında uğursuz olmaqda ittiham edir.

Qarabağla bağlı Ermənistan və Azərbaycan arasındakı gərginlik Rusiyaya Cənubi Qafqazda gedən proseslərə qatılmağa imkan verirdi. Moskva özünü Qafqaz bölgəsində kritik oyunçu kimi görürdü, amma həmişə Rusiyanın Qafqazda “barışıq vasitəçisi” olacağı yalnız xəyal olub.

Xüsusilə, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəsi ona olan etimadı tamamilə heçə endirdi. Ermənistan da öz ağasının bölgədəki nüfuz və gücünü itirməsindən sonra ondan uzaqlaşmağa başladı.

Bölgədəki ən yaxın müttəfiqi Ermənistanın ondan uzaqlaşması Rusiyanın bölgədəki durumunu daha da çətinləşdirərkən, bu, Türkiyənin bölgədəki önəmini daha da artırdı.

Məqalədə həmçinin qeyd edilib:

“Davam edən Rusiya-Ukrayna müharibəsi Moskvanın gözləntisini doğrultmadı. Ukraynalılar cəsarətlə vətənlərini müdafiə edərkən, “məğlubedilməz” Rusiya çətin dilemma qarşısındadır. Moskvanın qismən səfərbərlik çağırışı içində olduğu ağır vəziyyəti ortaya qoyur. Rusiyanın hərbi çatışmazlığı onun güc proyeksiyasının əsasını sarsıtdı. Çünki dünyada indi hamı Rusiyanı həmişəkindən daha zəif görür. Bu yaxınlarda, Azərbaycanın Qarabağa gedən yolu bağlanması, Rusiyanın bura nəzarəti itirdiyinin həyati əlamətidir.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Moskvaya olan etibarı daha da azaldır. Artıq heç kimi Rusiyanın sülh gətirəcəyinə inanmır.

Moskvaya olan etimadının azalması fonunda Ermənistanın digər ölkələrdən dəstək axtarışları onu Türkiyəyə yaxınlaşdırır. İki ölkə arasında diplomatik münasibətlərin qurulması yönündə atılan addımlar da Rusiyanın bölgədəki varlığının önəmsiz olduğuna işarədir.

Regional məsələlərin ən önəmli oyunçularından birinə çevrilən Türkiyənin varlığı Rusiyanın Qafqazdakı təsir dairəsini aradan qaldırır. Bu geosiyasi yarışda Türkiyənin rolunu qiymətləndiriməmək doğru olmazdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər