15 Dekabr 2014 15:44
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda İranla sərhədə yaxın ərazidə 3 minik avtomobili yük maşını ilə toqquşub. Hadsə nəticəsində iranlı zəvvarlardan 9-u həlak olub, 21-i isə yaralanıb.

Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Hadisə zəvvarların Kərbəla şəhərindən İranın Mehran sərhəd-buraxılış məntəqəsinə geri dönərkən baş verib. Hadisə sərhədin 70 kilometrliyində baş verdyi üçün yaralılar İran xəstəxanalarına çatdırılıb.

Digər bir məlumata görə, İranın İlam əyalətində də Kərbəla şəhərindən qayıdan minik avtomobili avtobusla toqquşub. Hadisə zamanı minik avtomobilinin 5 sərnişinindən 3-ü həlak olub, digər iki nəfər isə ağır xəsarət alıb.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, cari ildə İrandan Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya bir milyon yarım zəvvar gedib.


Müəllif: