18 Dekabr 2022 23:28
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İraqın Kərkük əyalətinin şimalında ekstremistlərin polis maşınının marşrutu boyunca yerləşdirdiyi bombanın partlaması nəticəsində İraq Federal Polisinin 10 əməkdaşı həlak olub.

Teleqraf.com xəbər verir ki, polisə qarşı hücum İŞİD tərəfindən həyata keçirilib.

Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə pusqu quran bir qrup radikal arasında atışma başlayıb. Yaraqlılardan biri məhv edilib. Hazırda Əl-Hüveyci bölgəsində polis qaçmağa müvəffəq olmuş terrorçuların tutulması üçün genişmiqyaslı xüsusi əməliyyat keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər