19 Dekabr 2022 00:43
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peruda etirazlar zamanı ölənlərin sayı 23 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, siyasi böhranın hökm sürdüyü Peruda etirazlar səngimək bilmir.

Xatırladaq ki, Peru Respublikasının Konqresi dekabrın əvvəlində prezident Pedro Kastilonun impiçmentini elan edib. Hətta parlamentin buraxılması və komendant saatının tətbiqi də dövlət başçısına kömək etməyib.

Tezliklə prezident deputatların tərəfinə keçən polis tərəfindən saxlanılıb. Ölkədə ilk dəfə qadın dövlət başçısı kimi vitse-prezident Dina Boluarte and içib

Bundan sonra Peruda kütləvi etirazlar başlayıb. Hökuməti 30 günlük fövqəladə vəziyyət tətbiq etməli olub.

Qeyd edək ki, növbəti prezident seçkiləri 2024-cü ilə təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər