19 Dekabr 2022 10:55
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, sənəddə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir.

Eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə, Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

Sözügedən bəyanata dəstək olaraq artıq bir neçə müsəlman gənclər təşkilatı IƏGF Avrasiya Regional Mərkəzinin bu aksiyasına öz dəstəklərini bildiriblər.

İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatı müvafiq bəyanatlarla çıxış edərək, azərbaycanlı ekoloqların Qarabağda keçiridiyi monitorinqə öz dəstəklərini ifadə ediblər, onların qarşısında yaradılan süni maneələrin qısa zamanda aradan qaldırılmasına, eləcə də indoneziyalı gənclərin Azərbaycanın haqq işi ilə həmrəy olmağa çağırış ediblər. İndoneziyanı təmsil edən gənclər qurumları qısa zamanda Cənubi Şərqi Asiya bölgəsindən olan gənc ekoloqlardan ibarət qrupu Qarabağa göndərilməsini təmin etməyə hazır olduğunu bildiriblər.

Bu bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı eko aksiyaya həmrəylik və dəstək ifadə olunur.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu və Gənc Diplomatiya Forumu analoji bəyanatlarla çıxış ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər