19 Dekabr 2022 13:34
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski gələn ilin yayında tətilini Rusiya işğalından azad olunmuş Krımda keçirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, ölkə lideri bununla Ukrayna ordusunun mümkün əks-hücum əməliyyatının anonsunu verib.

“Mən böyük məmnuniyyətlə bizim Krıma gedəcəyəm. 2023-cü ilin yayında orada olmaq yaxşı olardı”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Avstraliyanın “Financial Review” nəşri yazıb ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə razılaşma naminə Krımın ilhaqından imtina etməyə hazırdır. Amma Zelenski bunun əksini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu