19 Dekabr 2022 16:13
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə yaşayan Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü Bülənt Keneşin Türkiyəyə ekstradisiyası tələbinin rədd edildiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, İsveç Ali Məhkəməsindən verilən açıqlamada ekstradisiya tələbinin yerinə yetirilməsi üçün şübhəlinin 1 il və ya daha çox müddətə azadlıqdan məhrum edilməsinin lazım olduğu və Keneş üçün belə bir durumun olmadığı bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da İsveç Baş naziri Ulf Kristersson ilə görüşündə FETÖ-çü Bülent Keneşin təhvil verilməsinin Türkiyə üçün böyük önəm kəsb etdiyini demişdi.

“Today's Zaman” qəzetinin keçmiş baş redaktoru Keneş İsveçdə yaşayır.

İsveç NATO-ya üzvlüklə bağlı anlaşdığı Türkiyə qarşısında PKK və FETÖ terrorçularının Ankaraya təhvil verilməsinə dair öhdəlik götürüb. Türkiyə öhdəliklərini yerinə yetirilməyəcəyi təqdirdə İsveçin alyansa üzvlük prosesinə veto qoyacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər