15 Dekabr 2014 19:07
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində məhkəmə təkrar araşdırmadan sonra 1996-cı ildə edam olunan 18 yaşlı gəncin günahsız olduğunu etiraf edib. Məhkəmə bu ədalətsizliyə görə həmin şəxsin valideynləri qarşısında üzr istəyib. Trend-in məlumatına görə, bu barədə “Lenta.ru” saytı “South China Morning Post” qəzetinə istinadən xəbər yayıb.

Edam olunmuş Huuqci adlı gənc bir qadını zorlayaraq qətlə yetirməkdə günahlandırılıb. Çinin Daxili Monqolustan Muxtar Rayonunun Ali Məhkəməsi 18 il sonra oğlanın günahsız olduğu barədə qərar çıxarıb.

Yeni hökm həlak olanın dostu Yan Fenin ərizəsinə əsaslanır. Belə ki, o, dostu ilə ictimai ayaqyolulardan birinin yaxınlığından keçərkən qadın qışqırığı eşidib. Y.Fen ötüb keçmək istəsə də, dostu qadına kömək etməyə çalışıb. Bundan sonra isə o, polisə gedərək baş verənlər haqqında məlumat verib. Halbuki Y.Fen onu bu addımı atmaqdan daşındırmağa çalışıb.

2005-ci ildə silsilə qətllər törətmiş cani Çjao Çjixun həbs edilərkən polisə həmin qadını öldürdüyünü etiraf edib. Lakin işə təkrar baxış yalnız indi keçirilib. Ədalətsiz şəkildə edam edilmiş gəncin qohumlarının vəkili jurnalistlərə deyib ki, hökumətdən kompensasiya almağa nail olmaq niyyətindədir.

Daxili Monqolustan Muxtar Rayonunun Ali Məhkəməsi ailəyə 30 min yuan (5 min dollara yaxın) məbləğdə vəsait verilməsini qərara alıb.


Müəllif:

Oxşar xəbərlər