ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında Belarusun rolundan narahatdır, Vaşinqton Kiyevlə sıx təmaslarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Biz çoxdandır Belarusun bu münaqişədəki rolundan narahatıq. Biz Rusiya Federasiyasının, o cümlədən Belarusdakı qüvvələrin birləşdirilməsini yaxından izləməyə davam edirik. Biz bunu etmişik, edəcəyik və Ukrayna ilə sıx təmasda qalacağıq”, - deyə o, Rusiya prezidenti Vladimir Putinin Minskə səfərini şərh edərkən deyib.