20 Dekabr 2022 17:13
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Çavuşoğlu FETÖ üzvü Bülənt Keneşin ekstradisiyasının rədd edilməsi ilə bağlı İsveçə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, nazir isveçli həmkarının dekabrın 22-də Ankaraya gələcəyini də açıqlayıb.

“Nə lazımdırsa deyilib, bundan sonra konkret addımlar atılmalıdır. Bülənt Keneşin ekstradisiyası ilə bağlı müraciətimizin rədd edilməsi prosesə kifayət qədər mənfi təsir edən qərardır. İndi İsveç və Finlandiyadan konkret addımlar görmək istəyirik. Qiyamçıların oradakı nümayəndələri Türkiyəyə ekstradisiya edilməlidir.

Bir nəfəri təhvil verdilər. Amma “bir adamı ekstradisiya etdik, məsələni bağlayaq” kimi gözləntiləri varsa, bu, real deyil”, - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, İsveç xarici işlər naziri cümə axşamı Ankaraya gələcək və onunla bu xüsusda danışıqlar aparılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər