20 Dekabr 2022 20:13
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda məşhur aktrisa Təranə Əlidusti həbs edilib.

Teleqraf.com xəbər verir li, İranda hazırkı xalq etirazlarının özəlliklərindən biri də onun lap başdan ölkənin bir çox tanınmış simaları tərəfindən dəstəklənməsidir.

Etirazlar genişləndikcə xalqın haqq səsinə səs verən sənət adamlarının, eləcə də idmançıların sayı artmaqda davam edib. Bunlardan biri də təkcə İranda deyil, dünya miqyasında tanınmış aktrisa Təranə Əlidusti olub.

Aktrisa etirazçı qadınlarla həmrəylik nümayiş etdirərək, hicabını atıb və buna görə rəsmi “Keyhan” qəzetinin xüsusi qəzəbinə tuş gəlib.

Bir neçə gün bundan öncə 23 yaşlı gənc Mohsen Şekarinin etirazlarda iştirakına görə edam olunmasına Təranə Əlidusti belə münasibət bildirib:

“İndi oturun və bu qaniçənliyin nəticələrini gözləyin”.

Bu cür mövqeyinə görə dekabrın 17-də İran təhlükəsizlik orqanları aktrisanın evinə basqın edərək onu azyaşlı qızının gözü qarşısında həbs edib, həmçinin mənzildə axtarış aparıb və bəzi əşyaları özləri ilə götürüblər.

“Sepah”a bağlı “Təsnim” agentliyinin yazdığına görə, Təranə Əlidusti yalan və təhrif olunmuş məlumatlar yaymaqda, vətəndaşları iğtişaşlara təhrik etməkdə və anti-İran qüvvələri dəstəkləməkdə ittiham olunur.

/Oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər