Perunun keçmiş Prezidenti Pedro Kastilonun ailəsinə siyasi sığınacaq verilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Meksikanın xarici işlər naziri Marselo Ebrard məlumat verib.
O qeyd edib ki, Kastilonun ailəsi Meksikanın Perudakı səfirliyinin ərazisində yerləşdirilib.
Xatırladaq ki, Peru məhkəməsi cümə axşamı ölkənin keçmiş Prezidenti Pedro Kastilyonun 7 sutka müddətinə həbs edilməsinə qərar verib. O, qiyam təşkil etməkdə ittiham olunurdu.